17683 küçə və prospektə ünvan verilib

Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin 1-ci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə başa çatdırılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olayla"a verilən məlumata görə, artıq aralıq bazası olmaqla    17683 küçə və prospekti, 1 276 076 ədəd giriş ünvanını əhatə edir. Hazırda ÜRİS-nin 2-ci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür.  Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan "Ünvan portalı" cari ildə də vətəndaşların xidmətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31