5 rayonda torpaqların elektron kadastr üçotu aparılıb

Əmlak Məsələləri Dövlət Komitəsindən “Olayla”a verilən məlumata görə, cari ilin ill üç ayı ərzində 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi uğurla icra olunur. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olayla"a verilən məlumata görə, cari ilin ill üç ayı ərzində 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. Ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb. Bu rayonlardan 26-da layihənin nəticələrinin təqdimatı keçirilib, 14 rayonunun məlumatları sistemə tam miqrasiya edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31