Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə satışı təşkil olunacaq

Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə satışı təşkil olunacaq

Fevral ayından etibarən "Aqrolizinq" ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, növbəti səyyar satış aprel ayının 16-da Göyçay rayonunun Qaraməryəm kəndində, aprel ayının 17-də Şəki rayonunun Başgöynük kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrə əldə edə bilərlər. Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Göyçay rayonu üzrə +9940503817338 (Elçin İsmayılov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şəki rayonu üzrə +9940512559307 (Söhrab Hüsenov "Aqrolizinq" ASC Şəki Regional Nümayəndəliyinin direktoru) ilə əlaqə saxlaya bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31