Deputatlarımız Türkiyədə səfərdə olacaqlar
Türkiyədə Milli Məclisin deputatı Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabının türk dilinə tərcüməsinin təqdimat mərasimi keçiriləcək
15 Aprel 2019 15:24 SosialTürkiyədə Milli Məclisin deputatı Elmira Axundovanın "Şəxsiyyət və zaman" kitabının türk dilinə tərcüməsinin təqdimat mərasimi keçiriləcək. MM-dən "Olaylar"a verilən məlumata görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Elmira Axundova mərasimdə iştirak etmək üçün aprelin 15-də Türkiyə paytaxtı Ankaraya səfərə gedəcəklər. Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılacaq. Səfər aprelin 21-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31