Eldar Əzizovdan təyinat
Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizov daha bir kadrına meriyada vəzifə verib.
15 Aprel 2019 13:09 SosialBakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizov daha bir kadrına meriyada vəzifə verib.
Eldar Əzizovun müvafiq əmri ilə Səbail Rayon İcra Hakimiyyətinin keçmiş Sektor müdiri-baş mühasib Sadayeva Ülviyyə Əli qızı Bakı Şəhər İcra Hakimiyyətində mühasib vəzifəsinə təyinat alıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun əmri ilə Cəfərova Bəsirət Havadar qızı rayon icra hakimiyyətinin sektor müdiri-baş mühasib vəzifəsinə təyin olunub.
Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31