Sabunçuda abadlıq – quruculuq işləri aparılır
Sabunçuda abadlıq – quruculuq işləri aparılır
15 Aprel 2019 12:47 SosialSabunçu rayonunun Bakıxanov qəsəbəsində 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində abadlıq-quruculuq işləri uğurla davam etdirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, qəsəbənin S.Mehmandarov və S.Qocayev küçələrində yollaruzun illər istismar olunduğundan və yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yol boyu təmir-tikinti işləri aparılıb.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada keçidi bərpa olunub, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31