“Nəsimi ili-Nəsimi dili” festivalının açılışı olub
13 Aprel 2019 08:16 SosialAprelin 12-də Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Uşaq Teatrının təşkilatçılığı ilə reallaşan "Nəsimi ili-Nəsimi dili" festivalının açılışı olub.
Olaylar.az xəbər verir ki, "Bir teatr, bir festival" layihəsi çərçivəsində gerçəkləşən festival "Nəsimi ili"nə həsr edilib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb.
Bakı Uşaq Teatrının rəhbəri, Əməkdar artist İntiqam Soltan bildirib ki, iki gün davam edəcək bu festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək.
Tədbir bədii hissə ilə davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31