Usubov polis mayoruna vəzifə verdi

Şəmkir rayon Polis şöbəsində yeni təyinat olub.

Şəmkir rayon Polis şöbəsində yeni təyinat olub.

Report-un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru İldırım Alıyev Şəmkir rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, İ.Alıyev bundan əvvəl Ağcabədi rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi olub və bir müddət əvvəl vəzifəsindən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31