Tovuzda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilib

Hüquq mühafizə orqanları Tovuz rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar ediblər. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Əyyublu kənd sakini, əvvəllər məhkum olunmuş S.Hüseynova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31