MM-in növbəti iclasının vaxtı bəlli oldu

Milli Məclisin (MM) aprel ayında keçiriləcək daha iki plenar iclasının vaxtı məlum olub

Milli Məclisin (MM) aprel ayında keçiriləcək daha iki plenar iclasının vaxtı məlum olub. MM-dən "Olaylar"a daxil olan məlumata görə, iclasların aprelin 23-ü və 30-da keçirilməsi nəzərdə tutulur. Hələlik iclasların gündəliyi tam dəqiq olmasa da, iclaslardan birində Gənclər Fondunun, digərində isə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatlarının müzakirəsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31