Bakıda müəllim şagirdi döydü

Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb. REAL xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi Aqşin Hüseynzadə adlı şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31