"Xalqa və dövlətçiliyə xidmət"

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə "Xalqa və dövlətçiliyə xidmət" başlığı altında tədbir keçirildi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə "Xalqa və dövlətçiliyə xidmət" başlığı altında tədbir keçirildi.

Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə bütün sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. 

Millət vəkili, Elman Nəsirov çıxışında İlham Əliyevin 2019-cu ilin ilk üç ayı ərzində sosial yönümlü Sərəncamlarından əhalinin hər yaş qrupunun faydalandığını qeyd etdi.

Millət vəkili, Kəmaləddin Qafarov çıxış edərək son dövrlərdə dövlət başçısının Sərəncamına əsasən səhiyyə işçilərinin maaşlarının artırılmasından, Azərbaycan səhiyyə sisteminin inkişafı üçün Dövlət Proqramlarının həyata keçirilməsindən danışdı. 

Millət vəkili, Rauf Əliyev çıxış edərək bildirdi ki, hər bir dövlətin gücü onun iqtisadi və hərbi gücü ilə ölçülür. 

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov ölkəmizdə gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışdı. 

Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı fəallarının Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş yeni üzvlərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31