Paytaxtın iki əsas küçəsində hərəkət tam məhdudlaşdırılır

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində R.Behbudov və M. Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində R.Behbudov və M. Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə 11.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31