“İctimaiyyətlə əlaqələr və media”
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu MEK və BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib.
11 Aprel 2019 11:26 SosialAMEA-nın Mərkəzi Elmi Kitabxanasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu MEK və BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlarına "İctimaiyyətlə əlaqələr (PR) və media" mövzuda təlim-seminar keçib.
Olaylar.az xəbər verir ki, MEK-in direktoru Leyla İmanova kitabxananın informasiya istehsal edən və paylaşan bir qurum olduğunu vurğulayaraq ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyinə diqqət çəkib.
Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media ilə, ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, PR işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda geniş məlumat verib.
İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər ünvanlayaraq mövzu barəsində fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU əməkdaşlarına isə sertifikatla yanaşı kitabxananın bir illik oxucu kartı təqdim edilib.
Gələcəkdə hər iki qurumun birgə şəkildə təlim, seminar və tədbirlər keçirməsi qərarlaşdırılıb.