Gavin Francis və onun "İnsan vücuduna səyahət" kitabı
11 Aprel 2019 11:04 SosialBu günlərdə "Qanun" nəşrlər evi Şotlandiyalı həkim və yazar Gavin Francisin "İlin kitabı" mükafatına layiq görülən "İnsan vücuduna səyahət" kitabını çapdan buraxıb.
Gavin Francis praktiki həkim və "True North: Travels in Arctik Europe" ("Gerçək Şimal: Arktik Avropaya səyahətlər") ilə "İlin Şotlandiya Kitabı" mükafatını qazanan, Ondaatje və Costa Mükafatları finalçılarından "Empire Antarktika: İce, Silence Emperetor Penguins" ("Antarktika İmperatorluğu: Buz, səssizlik və imperator pinqvinləri") adlı kitabların müəllifidir. "London Review of Books", "Guardian" və "New York Review of Books" dərgiləri üçün məqalələr yazan Francis, hazırda Edinburqda yaşayır.
Vücudumuzu yaxından tanıdığımızı zənn edərik, amma insan bədəni əslində çoxumuz üçün kəşf edilməmiş torpaqlardır. Neçəmiz qəlbinin insan rifahı ilə necə bir bağlantısı olduğunu bilir? Ya da epilepsiya tutmalarının beyinə necə təsir etdiyini? Və ya ayağın insanlıq nöqteyi-nəzərindən nədən mühüm rol oynadığını? Təltiflərə layiq görülmüş Gavin Francis "İnsan vücuduna səyahət"də oxucuları bədənin gizli qalmış cığırlarında sirli bir səyahətə çıxararkən orqanlarımızın möcüzəli iş prinsipini anlamamızda bizə rəhbərlik edir.
Cərrah, təcili tibb yardımı mütəxəssisi və ailə həkimi olaraq qazandığı təcrübələrdən yola çıxan Francis xəstələrinin başına gələnləri, tibb tarixi, fəlsəfə və ədəbiyyatla əlaqələndirərək, insan vücudunu xəstəlikdə və sağlamlıqda, yaşayarkən və ölərkən anladır. "İnsan vücuduna səyahət" özündə insan olmanın anlamına dair dərin düşüncələrə səbəb olan, vücudunuza baxış bucağınızı dəyişdirəcək poetik və təsirli bir kitabdır.
Kitabı Zahir Məlikli dilimizə tərcümə edib. Kitabın redaktoru Elçin Zahiroğludur.