Təbii enerji içkisi ilə yenilənin

Hər birimiz günün yorğunluğunu üzərimizdən atmaq üçün müxtəlif üsullardan istifadə edirik. 

Ən çox isə enerji içkilərinə üz tuturuq. Onların isə orqanizmə nə qədər ziyanlı olduğu danılmazdır. Amma ev şəraitində orqanik məhsulkardan enerji içkisi hazırlaya bilərsiniz. 

Axşam.az təbii məhsullardan hazırlanan enerji içkisinin reseptini təqdim edir:

5 ədəd kök
1 ədəd alma
1 incə dilim təzə zəncəfil
yarım cay qaşığı sarıkök
yarım stəkan təmiz su

Bütün ərzaqları blendrden keçirin və təzə halda için.

Bu içki enerji verməklə yanaşı, eyni zamanda hüceyrələri yeniləyir, bədəni toksinlərdən təmizləyir. Qanı duruldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31