"Space" barəsindəki protokol məhkəmədə araşdırılacaq - VAXT TƏYİN EDİLDİ
Milli Teleradio Şurasının “Space” telekanalı barəsində tərtib etdiyi protokol məhkəmə icraatına götürülüb.
10 Aprel 2019 11:25 SosialMilli Teleradio Şurasının "Space" telekanalı barəsində tərtib etdiyi protokol məhkəmə icraatına götürülüb.
Yasamal rayon Məhkəməsinə daxil olan müraciətə aprelin 24-də saat 16:10-da hakim Günel Əkbərli tərəfindən baxılacaq.
Qeyd edək ki, MTRŞ "Space" müstəqil teleradio şirkəti MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 384.2.1-ci maddəsi (İnformasiyadan Istifadə Edilməsi, Onun Yayilmasi Və Mühafizəsi Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) əsasında protokol tərtib edib.
Ptorokolun tərtib edilməsinə səhər verilişində müğənni Rüfət Axundov və Rəşad İlyasov tərəfindən işlədilən söyüşlərin efirə verilməsi səbəb olub.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31