10 milyonuncu sakin evə buraxıldı
10 Aprel 2019 06:55 SosialBir neçə gün bundan öncə dünyaya gələn ölkəmizin 10 milyonuncu sakini Mehriban Həsənova artıq doğmalarının yanındadır. 10 milyonuncu uşaq bu gün xəstəxandan evə buraxılıb
Körpənin yaxınları diqqət və qayğıya görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Uşağın yaxınlarının sözlərinə görə, hazırda körpənin və anasının vəziyyəti normaldır.
Həsənovlar ailəsində indi böyük sevinc yaşanır. Həm qohum-əqraba, həm də dost-tanış ailəni təbrik etmək üçün onların yaşadığı evi ziyarət edir.
Qeyd edək ki, balaca körpə aprelin 6-da dünyaya gəlib. O, ölkəmizin 10 milyonuncu sakini olaraq tarixə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31