Rüfət Axundovdan “Space”in efirində söyüşlü mahnı
7 Aprel 2019 06:38 SosialBu gün "Space" telekanalının səhər verilişində biabırçı hadisə yaşanıb.
"Show news" xəbər verir ki, müğənni Rüfət Axundovun fonoqramla ifası zamanı səs rejissorunun mikrofonları bağlamaması xoşagəlməz hal yaradıb.
Belə ki, Axundov ifası zamanı vulqar sözlərdən istifadə edib. Onun səsi canlı yayımda əks olunub.
Hadisədən dərhal sonra görüntülər MyVideo.az saytında da silinib.
Hətta biabırçılığa görə bu gün "Space" telekanalında böyük problemlər yaşanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31