Yaşlı izləyicisi Fatiməni təhqir edib, hədələdi
7 Aprel 2019 06:36 SosialRəqqasə Fatimə Fətəliyeva izləyicisindən şikayət edib.
Axşam.az-ın məlumatına görə, sənətçi yaşlı bir izləyicinin onu sosial şəbəkədə təhqir etdiyini bildirib:
"Bu qadın yaşına-başına yaraşmayan sözlər yazır mənim ünvanıma, şərəf və ləyaqətimi alçaldır, şərləyir, övladıma toxunur.
Ayıb olsun, yaşı da az deyil. Amma buna baxmayaraq başqa səhifələrdə də məni təhqir edir. Mənə hədə-qorxu gələn mesajlar yazır".
Fatimə həmin qadının fotosunu yayımlayaraq, izləyicilərindən onun səhifəsini şikayət etmələrini istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31