Şamaxıda ruslar yol qəzasına düşdü: 6 yaralı var
6 Aprel 2019 21:38 SosialŞamaxı rayonunda yol qəzası baş verib.
Hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, xəsarət alanlardan ikisi Rusiya vətəndaşıdır.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31