“Amazon” ucqar regionlarda internetə çıxış sistemini yaradır
6 Aprel 2019 19:28 Sosial"Amazon" şirkəti ucqar regionlarda yaşayan istifadəçilərin peyk üzərindən internetə çıxışı üçün öz sistemini yaratmağa hazırlaşır.
Olaylar.az bildirir ki, bu barədə "GeekWire" nəşri məlumat verib.
Məlumata görə, jurnalistlər aydınlaşdırıblar ki, ABŞ Federal Rabitə Komissiyası "Amazon"a məxsus "Kuiper Systems LLC" şirkətinin maraqları naminə radiotezlik və orbitlərdən istifadə üçün Beynəlxalq Telekommunikasiya İttifaqına 3 ərizə təqdim edib.
Sənədlərə görə, sistem müxtəlif orbitlər üzərində yerləşən 3236 aparatdan ibarət olacaq.
Qeyd edək ki, "Kuiper" şirkətin layihəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31