Nazirlik əhalini ağacəkmə aksiyalarına qoşulmağa dəvət edir
6 Aprel 2019 19:27 Sosial06 aprel 2019-cu il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.Olaylar.az xəbər verir ki, aksiyada Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib."Bu yaz özün bir təbiət yarat!" devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31