“Whatsapp Business” istifadəyə verilib
6 Aprel 2019 19:22 Sosial"Whatsapp Business" tətbiqi iOS əməliyyat sistemi ilə işləyən smartfonlarda da istifadəyə verilib.
Olaylar.az xəbər verir ki, bu tətbiq biznes üçün fəaliyyət təsvirini, iş saatlarını və əlavə məlumatları özündə əks etdirən hesabların yaradılması imkanını verir.
"Whatsapp Business" hal-hazırda Braziliya, Almaniya, İndoneziya, Hindistan, Meksika, İngiltərə və ABŞ-da aktivləşdirilib. Tətbiqin bütün dünyada əlçatan olacağı söylənilib.
Qeyd edək ki, bu tətbiq 2018-ci ilin əvvəlində Android əməliyyat sistemi üçün təqdim olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31