Bakıda bəy toy günü "Çayka" ilə qəza keçirdi

Dünən axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Trend" in  məlumatına görə, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb.

Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir.

Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31