Aİİ-nin rektoru Misir Mədəniyyət Mərkəzində olub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzində olub.  "OLAYLAR"-a Təhsil ocağından bildirilib ki,  görüşün məqsədi Aİİ ilə Misir Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq məsələlərinin müzakirəsi olub. Misir Mədəniyyət Mərkəzinin direktoru cənab Sami Əl-Aydi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını böyük məmnunluqla qarşılayıb. Aİİ-nin fəaliyyətini diqqətdə saxladığını bildirən Sami Əl-Aydi əməkdaşlıq baxımındanbir sıra təkliflərlə çıxış edib. Belə ki, mərkəzin direktoru Aİİ ilə Misir universitetləri arasında əlaqələrin təşkili, təcrübə mübadiləsi, ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra məsələlərə toxunub. Sami Əl-Aydi Mərkəzin Aİİ-də ərəb dili və xəttatlıq kurslarının təşkilinə yaxından kömək edə biləcəyini, həmçinin Aİİ tələbələri üçün Misir Mədəniyyət Mərkəzində də 3 aylıq dil kurslarının keçirilməsinin mümkünlüyünü vurğulayıb.Sami Əl-Aydi Aİİkitabxanasınınərəbdilli ədəbiyyatla zənginləşdirilməsi məqsədi iləkitablar hədiyyə edəcəyini bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. Aİİ rektoru Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonda Sami Əl-Aydi Misir Mədəniyyət Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ərəb dilinə tərcümə etdiyi "İşğal altındakı tarixi-dini abidələrimiz" adlı kitabı Aİİ-nin rektoru Ceyhun  Məmmədova təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31