"Kaspi" Təhsil Şirkəti illik hesabat tədbirini keçirib
Sentyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" Təhsil Şirkəti 2017/2018-ci tədris ilindəki fəaliyyətinin hesabatını geniş ictimaiyyətə çatdırmaq və növbəti tədris ilində qarşıya qoyulmuş vəzifələrlə ictimaiyyəti tanış etmək məqsədilə illik yekun hesabat tədbirini keçirib.
7 Sentyabr 2018 15:28 SosialSentyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" Təhsil Şirkəti 2017/2018-ci tədris ilindəki fəaliyyətinin hesabatını geniş ictimaiyyətə çatdırmaq və növbəti tədris ilində qarşıya qoyulmuş vəzifələrlə ictimaiyyəti tanış etmək məqsədilə illik yekun hesabat tədbirini keçirib.
Olaylar.az bildirir ki, on bir illik təhsil fəaliyyəti ilə məşğul olan şirkət, Kaspi Abituriyent kursları, Kaspi liseyləri və digər xidmətlərin nəticələri haqqında jurnalistlərə ətraflı məlumat verdi.
Məlumat verildi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında Kaspi məzunu Nərmin Balakişiyeva 700 bal, Firudun Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olub.
Ümumilikdə isə Kaspi Abituriyent kurslarının yekun qəbul nəticəsi 96% təşkil etmişdir: 26 abituriyent 600-dən yuxarı, 72 abituriyent 500-dən, 112 abituriyent 400-dən, 158 abituriyent isə 300-dən yuxarı bal toplamışdır. Abituriyent kurslarının uğurundan danışan "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirib ki, əldə olunan yüksək nəticələrin əsas səbəblərindən biri, bilik səviyyəsinə uyğun Dərəcə Qruplarının təşkil olunması və davamlı Təkrar Proqramının tətbiq olunmasıdırsa, digəri də Şagird-Müəllim-Valideyn əməkdaşlığının qurulmasıdır.
"Kaspi" Elmlər və Əhmədli filiallarının direktorları Rəsul Ağayev və Rövşən Abbasov tərəfindən Abituriyent hazırlığında builki nəticələr, qazanılmış uğurun səbəbləri, yeniliklər və növbəti il üçün qarşıda duran vəzifələr haqqında ictimaiyyətə geniş məlumat verildi.
"Kaspi" Liseyləri haqqında çıxış edən "Kaspi" Liseyinin direktor əvəzi Məhəmməd Nağıyev bildirib ki, Liseylərin orta bal göstəricisi 540 bal olub. Liseylərin digər uğuru isə builki buraxılış imtahanlarında respublikada bütün özəl məktəblər arasında birinci yerə çıxması olub.
Tədbirdə həmçinin yüksək bal toplayaraq "tələbə" adını qazanmış abituriyentlər və onların valideynləri çıxış etmiş, öz sevinclərini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Tədbirin sonunda yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə "Kaspi" Təhsil Şirkəti adından hədiyyələr təqdim olunub.
Nigar Orucova