Təhsil Nazirliyində UNİSEF-in nümayəndələri ilə görüş keçirilib

Sentyabrın 7-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi" layihəsi ilə bağlı UNİSEF-in təhsil məsələləri üzrə məsləhətçisi Leyla Həsənova və layihənin beynəlxalq eksperti Peter Grimeslə görüşüb. Bu barədə məlumat "OLAYLAR"-a Təhsil Nazirliyindən verilib. Bildirilib ki, görüş zamanı 2 il ərzində icra olunacaq layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31