"Toppuş bacı"nın son halı TƏƏCCÜBLƏNDİRDİ
28 Avqust 2018 17:01 SosialXəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir.
Aktrisa bir müddət əvvəl əməliyyat olunub. Əliyeva daha sonra açıqlamasında bildirib ki, limfasında yenidən bədxassəli şiş aşkarlanıb.
Buna görə də "Toppuş bacı" kimyaterapiyaya başlayıb. Yeni şəklini sosial şəbəkədə paylaşan Tünzalənin xeyli arıqlaması hamını təəccübləndirib. Aktrisa eyni zamanda saçlarını da kəsdirib.
Qeyd edək ki, kimyaterapiya zanmanı saçlar tökülür, aktrisa da buna görə onları qısaldıb.
T.Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı da etdirmişdi. (axsam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31