“Azərbaycan Xalq Cümhuriyyəti dövründə multikultural və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasəti”
28 Avqust 2018 16:43 SosialYeni Azərbaycan Partiyası(YAP) Pirallahı rayon təşkilatının inzibati binasındaAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində "Azərbaycan Xalq Cümhuriyyəti dövründə multikultural və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasəti" başlığı altında dəyirmi masa təşkil olunub.
Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədriHikmət Şikarov çıxışında bildirib ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Daha sonra Hikmət Şikarov qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Sonra tədbirdə YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Günel Məmmədova və 186 №-li orta məktəbin tarix müəllimi Yaqub Hüseynov çıxış edib.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən dövlət siyasətinə həsr olunmuş videoçarxa baxıblar.
