Qazlı sular diş minasını zədələyir
28 Avqust 2018 16:25 SosialQazlı suların insult riski yaratdığı barədə alimlər "həyəcan təbili" çalırlar. Onların bildirdiyinə görə, indiyədək həmin suların orqanizmə zərərli təsiri müəyyən edilsə də, qan təzyiqinə göstərdiyi təsir ilk dəfə araşdırılıb.
Aparılan tədqiqatlara əsasən şəkərli və qazlı su içməyi azaldan insanların qan təzyiqi stabilləşib.
Karbonatlı içkilərin insultdan əlavə orqanizmə vurduğu digər zərərli təsirlər də var. Qabarması, turş xassəli olması və xüsusi dad vermək məqsədilə qazlı sulara əlavə edilən nitrat turşusu dişlər üçün çox təhlükəlidir. Həmin turşu diş minasının tərkibindəki kalsiumla birləşərək aşınmaya səbəb olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31