Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. 

Nazirlikdən bildirilib ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.az vəwww.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31