Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycanda

Çin İctimai Elmlər Akademiyasının bir qrup alim Azərbaycan Dillər Universitetində oldu. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbərlik etdiyi nümayəndə heyəti, "Bir kəmər və bir yol" Elmi Araşdırmalar Mərkəzi direktoru Çan Nin ilə görüşüb.

Olaylar.az bildirir ki, qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. İki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Direktor Çan Nin rəhbərlik etdiyi elmi müəssisədə Qafqaz ölkələrini tədqiq edən fəaliyyətindən söz açaraq, görüşün çox məhsuldar keçdiyini qeyd etdi və iki müəssisələr arasında yaranan elmi əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirdi. Daha sonra Çinli nümayəndələri ADU-da fəaliyyət göstərən Konfutsi İnstutu ilə tanış olublar. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin "Bir kəmər - bir yol" qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşən Konfutsi İnstitutunun elmi-tədqiqat fəaliyyəti, Çin fəlsəfə və tarixinə dair elmi seminarlarının mövzusü barədə qonaqlara məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31