Mərkəzdə ustad dərsləri
28 Avqust 2018 11:49 Sosial"ASAN Könüllüləri" Təşkilatı "Mədəniyyət Carçısı" proqramı çərçivəsində Xətai Sənət Mərkəzi ilə birlikdə rəssamlıq üzrə master klasslarına start verilib.
Olaylar.az bildirir ki, məqsəd təsviri incəsənətə marağı olan və müvafiq sahədə ilkin qabiliyyəti olan istedadlı könüllülərin marağını dərinləşdirmək, təsviri sənətə xobbi kimi yanaşan könüllülərin qabiliyyətini daha da artırmaqdır.
Ustad dərsləri "ASAN Könüllüləri" Təşkilatının bir qrup üzvünə Xətai Sənət Mərkəzinin nəznində fəaliyyət göstərən Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının peşəkar müəllimləri Şərifov Əbdül və Əvəzova Röya tərəfindən 2 ay müddətində davam edəcəkdir.
Qeyd edək ki, ustad dərsləri proqramının sonunda Xətai Sənət Mərkəzində "Könüllü rəssamların" tədris boyu ərsəyə gətirdikləri əsərlərdən ibarət "Könüldən gələn rəssamlıq" adlı sərgi nəzərdə tutulmuşdur və tədbirin sonunda həm ustad müəllimlər, həm "Könüllü rəssamlar" təşkilat komitəsinin xüsusi diplomlari ilə təltif olunacaqlar.