İstifadəçilər "İnstaqram"da problemlərin yarandığını bildirir
28 Avqust 2018 11:26 SosialRusiyanın, ABŞ-ın və Avropanın bəzi regionlarında "İntaqram"ın işində problemlər yaranıb.
Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, istifadəçilərin şikayətlərinin 58 faizi xəbər lentinin yenilənməməsi, 24 faizi sosial şəbəkənin "web" versiyasında problemlərin olmağı, 17 faizi isə öz akkauntları ilə sosial şəbəkəyə daxil ola bilməmələri ilə bağlıdır.
Şikayətlərin əsksətiyyəti ABŞ-ın şimal-şərq ştatları, Niderland, Böyük Britaniya, Rusiyanın Moskva və Sankt-Peterburq şəəhrlərindən daxil olub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31