Tibb elmində yeni kəşf — Xərçəngi əvvəlcədən müəyyən edəcəklər
19 İyul 2018 17:00 SosialABŞ-ın Stenford universitetinin alimləri yeni texnologiya üzərində işləyirlər.
Yeni texnologiya xərçəng xəstəliyini ilk mərhələdə müəyyən etməyə imkan verəcək.
Yeni texnologiya dövr edən şiş hüceyrələri ilə işləyir. Bu hüceyrələr orqanizmdə ilk şiş yarananda şişdən qoparaq qana düşürlər. Bu hüceyrələr metastazın yaranmasına və ikinci şiş ocağının ortaya çıxmasına səbəb olurlar.
Yeni üsula görə hüceyrələr orqanizmdəki qanın tərkibindən dəmir nano hissələr vasitəsilə çıxarılacaq.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31