Valideynlər övladlarının xarici görünüşünü özləri seçəcəklər
19 İyul 2018 12:06 SosialGələcəkdə valideynlər övladlarının xarici görünüşünü özləri seçə biləcəklər.
Bu barədə Britaniya alimləri bildiriblər.
Tələb olunan boyu, gözlərin və saçların rəngini genlərin redaktə edilməsi sayəsində tənzimləmək mümkün olacaq.
Britaniyalı alimlər qeyd ediblər ki, insan rüşeyminin genetikasına istənilən müdaxilə rəsmi dövlət dairələrinin nəzarəti ilə həyata keçirilməlidir.
Əvvəllər genlərin redaktə edilməsi mənəvi baxımdan yolverilməz hesab olunurdu və yalnız ağır irsi xəstəliklərin müalicəsi və yaxud xərçəngin profilaktikası zamanı istifadə edilirdi.
Amma indi alimlər valideynlərin istəyi ilə körpənin xarici görünüşünü dəyişmək niyyətindədirlər.
DNT-si dəyişmiş ilk uşaqlar artıq yaxın zamanlarda dünyaya gələ bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31