"O qədər itkilərim olub ki.." - "Maşın"dan gedən Mətanət
7 İyun 2018 10:40 SosialXəbər verdiyimiz kimi, "Maşın" realiti-şousunu ötən gün aparıcı Mətanət Əliverdiyeva tərk edib.Axşam.az-ın məlumatına görə, aparıcı şoudan getməsi ilə bağlı bunları deyib:"Nə olsun ki, əsas insanın həyatı əldən getməsin. Maşını almaq da, satmaq da, onsuz gəzmək də olar. Əsas insanın öz ayaqlarıdır ki, onun üstə dayanmağı bacaraq. Kim layiqdir, mübarizə aparmağı bacaracaqsa, etsin. Qruplaşmasız oyun keçmir. Hərənin öz strategiyası var. Həyatımda nə baş verirsə, normal yanaşıram. O qədər itkilərim olub ki... Heyifslənməmişəm. Başım dik dayanmışam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31