Tabuta girmək üçün növbədə dayanırlar - inanılmaz olay
12 Aprel 2018 09:38 SosialTaylandın paytaxtı Banqkokda bir kafe dizaynı və müştərilərinə təqdim etdiyi xidmətlə diqqət çəkir.
Metbuat.az xəbər verir ki, kafenin qapısından içəri girən müştəriləri bir skelet qarşılayır və məkanın hər yeri kəllə sümükləri ilə doludur. Ölüm mövzusunun hakim olduğu klubdakı ən diqqət çəkən detal isə içində tabutların olmasıdır. Müştərilər sifariş verdikdən sonra tabutların içinə girir və kafenin işçiləri tabutun qapağını bağlayır.
Kafenin qurucuları məqsədlərinin insanların ölüm və həyat üzərində düşünmələrini təmin etmək və həyatdakı məqsədlərini müəyyən etmək olduğunu deyib.
Tabutda bir neçə dəqiqə vaxt keçirən müştərilərə güzəşt edildiyi də bildirilir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31