Gözünüzün rəngi xarakterinizdən xəbər verir
Qarşınızdakı insana xarakterinizdən xəbər verən əlamətlərdən biri də sahib olduğunuz göz rəngidir. Gözünüzün rənginə görə xarakterinizlə tanış olun:
6 Aprel 2018 07:00 SosialQarşınızdakı insana xarakterinizdən xəbər verən əlamətlərdən biri də sahib olduğunuz göz rəngidir. Gözünüzün rənginə görə xarakterinizlə tanış olun:
Yaşıl göz - Özgüvənli

Yaşıl gözlü insanlar liderlik xüsusiyyətlərinə malik olmasalar belə, insanlara asand şəkildə təsir göstərə bilirlər, kənardan baxarkən sirli və özgüvənli olduqları aydın görünür. Daxilən yaradıcı insanlardır. Hər zaman yeni və yaradıcı fikirləri olur. Sadəliyi heç bir şəkil də xoşlamırlar. Sakit və düşüncəli insanlardır, fikirləşmədən əsla danışmırlar. İkili münasibətlər zamanı necə davranmaq lazım olduğunu yaxşı bilirlər. Mübahisə zamanı sözlərini, qarşındakını incitmədən çatdıra bilirlər. Bu səbəbdən də çox sevilirlər.
Mavi göz - Müasir

Mavi gözlü insanlar yaxşı ya da pis, istənilən xarakterə bürünə bilirlər. Yüksək eqolu insanlar kimi tanınırlar. Yeniliyə hər zaman hazırdırlar və insanlara təsir etmə gücləri olduqca çoxdur. Müasir həyat yaşamağı sevən insanlardır. Həmçinin oxumağı və musiqini də çox sevirlər. Sənətkar ruhlu insanlardır, duyğuları onlar üçün məntiqdən bir addım irəlidədir. İkili münasibətlər də hər zaman məsafəli davranmağa çalışırlar.
Ala göz - Fərqli

Ala gözlü insanlar hər zaman fərqli bir xarakterə sahibdirlər. Bu göz rənginə sahib insanlar azad ruhlu insanlardır. Həyatlarında tez - tez yeniliklər istəyirlər. Dostluq qurmağı sevirlər və yetərincə çox dostları olur. Sosial həyat baxımından olduqca aktivdilər. Fərdi inkişafa digərlərinə nisbətən daha çox meyillidirlər. Həyatlarını planlaşdırılmış şəkildə yaşamağı sevmirlər və çox şeyi zamanın axarına buraxırlar. Fəlsəfi mövzularda söhbət etməkdən zövq alırlar.
Qara göz - Əzmkar

Bir işə başlayarkən bütün diqqətlərini həmin işə yönəldirlər. Əks halda uğursuzlula üzləşirlər. Bir işi görərkən sevərək və istəyərək görmək uğur qazanmalarının başlıca sirridir. Olduqca hirsli və rəqabəti sevən insanlardır. Tək məqsədləri müvəffəqiyyətli olmaqdır. Təmkinli və az danışandırlar. Hər zaman sədaqətlidirlər. Daxilən olduqca duyğulu insanlardır. Yaxşı və etibarlı dost kimi tanınırlar. Lakin höcətləşməyə də meyilli, inadkar insanlardır.
Qəhvəyi - Lider

Qəhvəyi gözlü insanların doğulduğu andan etibarən liderlik xüsusiyyətləri var. Onlar bu xüsusiyyəti sayəsində həm iş həm də şəxsi həyatlarında inanılmaz müvəffəqiyyətlər qazanırlar. Bir mövzuda bütün diqqətlərini toplayaraq müvəffəqiyyətə çata bilirlər. Ümumiyyətlə idman fəaliyyətlərində olduqca yaxşıdırlar. Çünki səbirli və qərarlı bir xarakterə malikdirlər. Əslində bu xüsusiyyətləri onun bizə mükəmməlliyyətci bir quruluşa sahib olduğunu da göstərir. Hər şeyin ən yaxşısına və gözəlinə sahib olmaq istəyərlər. Bunun üçündə əllərindən gələni əsirgəmirlər. Olduqca intizamlı insanlardır və bu nizamı hər zaman qoruya bilirlər. Əslində çox da hiss etdirməsələr belə olduqca romatikdirlər. İnsanların onlar haqqında düşüncələrinə olduqca əhəmiyyət verirlər. Maraqlı insanlardır və həyatlarını hər zaman balans içində saxlamağa çalışırlar.