Bakıda keçiriləcək Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Global Forumu ilə əlaqədar memorandum imzalandı
Cari ilin sentyabr ayında Bakıda, ölkəmiz də daxil olmaqla, 30 ölkədən 300-dən artıq gənc və orta yaş nümayəndəsinin Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Global Forumu keçiriləcək. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrinin başlamasında yeni era olacaq.
4 Aprel 2018 16:23 SosialCari ilin sentyabr ayında Bakıda, ölkəmiz də daxil olmaqla, 30 ölkədən 300-dən artıq gənc və orta yaş nümayəndəsinin Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Global Forumu keçiriləcək. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrinin başlamasında yeni era olacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, beş gün ərzində baş tutacaq forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir və bu tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayırması üçün böyük qüvvə və təkan olacaq.
Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumunun Bakıda sentyabr ayının 24-28-də baş tutması haqda elan, 4 Aprel tarixdə keçirilmiş mətbuat konfransı zamanı ictimaiyyətə açıqlanıb.
Mətbuat konfransının sonunda 24-28 sentyabr tarixlərində Bakıda keçiriləcək "Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Global Forumu" ilə əlaqədar nazir Azad Rəhimov və təşkilatın prezidenti Devid Evangelista arasında Anlaşma Memorandumu imzalanıb.