Murad Dadaşov: Səbinə kimi insanları tapmaq asan deyil...
Murad Dadaşov rəsmi instaqram hesabından Dr. Səbinə Mirzəyevanın vəfatı ilə bağlı paylaşım edib. Şoumen hisslərini bu sözlər ilə ifadə edib: “Həyat təcrübəmiz və yaşadıqlarımız az deyil deyə, dost qazanmağın çox çətin olduğunu yaxşı dərk edirik... Əziz dostumuz Dr. Səbinə Mirzəyevanın vəfatı ilə bağlı xəbəri alandan bəri hələdə özümə gələ bilmirəm.
4 Aprel 2018 16:20 SosialMurad Dadaşov rəsmi instaqram hesabından Dr. Səbinə Mirzəyevanın vəfatı ilə bağlı paylaşım edib. Şoumen hisslərini bu sözlər ilə ifadə edib: "Həyat təcrübəmiz və yaşadıqlarımız az deyil deyə, dost qazanmağın çox çətin olduğunu yaxşı dərk edirik... Əziz dostumuz Dr. Səbinə Mirzəyevanın vəfatı ilə bağlı xəbəri alandan bəri hələdə özümə gələ bilmirəm. Bir ildən artıq müddətdir ki, onunla əməkdaşlıq edirdik və bu üzdən çox doğmalaşmışdıq. Bəlkə də buna görə bu xəbər mənə daha ağır gəlir. Səbinə kimi səmimi insanları, belə özəl və dəyərli dostları tapmaq asan deyil... Ailəsi üçün dəyərli bir övlad, biz dostları üçün əvəzolunmaz sirdaş olan Səbinəmiz Allahdan ən gözəl hədiyyə payı idi hər birimiz üçün... Səbinə xnıma Allahdan rəhmət diləyir, valideynlərinə və yaxınlarına isə səbr arzulayıram... Allah rəhmət eləsin! "