Xalq artistlərinə daha bir AĞIR İTKİ
2 Aprel 2018 22:28 SosialGülyaz və Gülyanaq Məmmədova bacılarına daha bir ağır itki üz verib.
Publika.az xəbər verir ki, məşhurların əmisi rəhmətə gedib. Bu haqda faktı Gülyanaq Məmmədova Milli.az-a təsdiqləyib.
"Hazırda Şəkidəyik, əmimi bu gün dəfn etdik. Uzun müddətdir ki, xəstə yatağında idi", - deyə xalq artisti bildirib.
Qeyd edək ki, bir müddət əvvəl xalq artistlərinin atası rəhmətə getmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00