Rəqsanə özünü necə biabır edir – İfşa oldu – FOTOFAKT

 

Son zamanlar adi insanlarda tutmuş məşhurlara qədər bir çox "İnstagram" istifadəçisi daimi izləyicilərinin sayını artırmaq üçün müxtəlif yollara əl atır.

Müxtəlif vasitələrlə saxta izləyicilər toplanması üçün hətta xüsusi şirkətlərlə əlaqə yaradanlar da var. Məsələn, bu elana görə siz aylıq 20 manatla 39 manat  arası bir qiymətə hər ay 1500-dən çox izləyici əldə etmək olar.

Təbii ki, burada real izləyicilər təklif olunsa da, qeyri-fəal, azərbaycanlı məşhurları heç tanımayan profillərdən də izləyici sayını artırmaq mümkündür. Nə qədər yeni izləyicilər toplansa da, bu cür səhifələrin aktivliyi heç də yaxşı olmur. Saxta izləyicilər yığılmış hesabı, məsələn, 10 min istifadəçi izləyirsə, paylaşımlara ancaq 100 bəyənmə gəlir.

Necə ki, müğənni Rəqsanə İsmayılovanın öz adına açılmış "İnstagram" səhifəsində olduğu kimi. Belə ki, Rəqsanə 2 "İnstagram" hesabına sahibdir və hər ikisindən eyni şəkil və videoları paylaşır. Bu səhifələrdən birinin 389 min izləyicisi var və 1500-2500 arası bəyənmə gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00