Aprelin ilk gününə olan hava proqnozu

Aprelin 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumat görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11,  Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi  normadan yuxarı 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz  55-60 faiz  təşkil edəcək. 

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 3-7, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-8  dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00