Küləyin aşırdığı yük maşınlarının VİDEOSU

Dünən Bakıda müşahidə olunan güclü küləyin aşırdığı yük maşınlarının görüntüsü yayılıb.Qafqazinfo  xəbər verir ki, sosial şəbəkələrdə yayılan video Sahil qəsəbəsində çəkilib.Belə ki, 3 yük maşını idarəetmədən çıxaraq aşıb. Avtomaşınlardan ikisi qoşqulu yük maşınlarıdır. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. "Scania" və "Iveco" markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə ciddi maneə yaradıb."Hyundai" markalı digər yük maşını isə paytaxt istiqamətində hərəkət edən zaman aşıb və yolun kənarındakı dərəyə yuvarlanıb. Avtomaşının özəl şirkətlərdən birinə məxsus olduğu deyilir.

Bakıda külək ağır tonlu maşınları aşırdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00