Bilik Fondu alimləri soyqırımla bağlı mühazirə dedilər

Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlərini davam etdirir. Olaylar.az bildirir ki, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun “Bakıda 1918-ci ilin mart soyqırımı” mövzusunda mühazirəsi təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlərini davam etdirir.

Olaylar.az bildirir ki, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun "Bakıda 1918-ci ilin mart soyqırımı" mövzusunda mühazirəsi təşkil olunub.

Həmin gün növbəti maarifləndirici mühazirə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində gerçəkləşib. AMEA Tarix İnstitutunun elmi işçisi Bəxtiyar Həsənov "XX əsrdə azərbaycanlılara qarşı ermənilərin apardığı etnik təmizləmə və soyqırım siyasətinin mərhələləri" mövzusunda faktlara əsaslanan fikirlər səsləndirib.

Mühazirəçi bildirib ki, son iki əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən soyqırım törətməsində məqsəd azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla uydurduqları "Böyük Ermənistan" dövlətini yaratmaq olub.

Sonda mühazirəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31