31 Mart azərbaycanlıların soyqırımına həsr olunmuş silsilə tədbirlər

Azərbaycan Dillər Universitetində (ADU) nəzdində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş “Milli istiqlal mübarizəsi tarixində 31 Mart soyqırımı” adlı tədbir keçirilib.

Azərbaycan Dillər Universitetində (ADU) nəzdində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş "Milli istiqlal mübarizəsi tarixində 31 Mart soyqırımı" adlı tədbir keçirilib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə azərbaycanlılara qarşı törədilən qanlı hadisələrdən söz açıb. 31 Mart - azərbaycanlıların soyqırımının baş vermə səbəbləri haqqında danışan A.Yusifzadə tədbirin ermənilərin azərbaycanlılara qarşı yürütdüyü etnik təmizlənmə siyasəti nəticəsində həlak olan çoxlu sayda həmvətənlərimizin əziz xatirəsinə həsr olunduğunu qeyd edib. O, 26 mart 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə bu qanlı tarixin Azərbaycan Respublikasında dövlət səviyyəsində hər il yad edildiyini vurğulayıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, politoloq Çingiz Qənizadə Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması haqqında məlumat verib. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən bu qırğının araşdırılması, beynəlxalq hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan hökümətinin mühüm addımlar atdığını qeyd edən Ç.Qənizadə Tarix İnstitutunun son 200 ildə Azərbaycan xalqına qarşı törədilən faciələrə dair tarixi faktların araşdırılması üçün münbit şərait yaradıldığını söyləyib. O, ölkə ərazisində kütləvi surətdə qətlə yetirilən dinc əhali, yandırılmış kəndlər, dağıdılıb məhv edilmiş milli mədəniyyət abidələrinin statistik göstəricilərini və digər tarixi, siyasi faktları diqqətə çatdırıb.

Daha sonra  Azərbaycan Dillər Universitetində (ADU) Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Fəridə Şükürova və müəllimi Fəxriyyə Zahidovanın təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə kafedranın əməkdaşları, həmçinin Təhsil fakültəsinin 301a, 301b, 325b qrup tələbələri iştirak edib.

Tədbirdə 31 Mart - Azərbaycanlıların soyqırımının baş vermə səbəbləri və nəticələr haqqında müzakirələr aparılıb, Azərbaycanın milli qəhrəmanları yad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31