Dərinizi duzla təmizləyin, faydasından heyrətlənəcəksiniz...
Çox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır. Amma duzdan dərimizin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır.
30 Mart 2018 18:40 SosialÇox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır. Amma duzdan dərimizin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır. Ailem.az duz ilə hazırlanan maskaları təqdim edir.
Tarazlaşdırıcı maska
Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Həmçinin kəsik və yaraları sağaltma xüsusiyyəti ilə də diqqəti çəkir. Bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmiz edir.
Hazırlanması:
İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə islatdığınız bir bez yardımı ilə üzünüzdən yavaşca silin. Daha sonra məsamələrinizi daraltmaq üçün üzünüzü soyuq su ilə yuyun və hər zaman tətbiq etdiyiniz dəri qulluxunuzu edin.
Yağlanmanı önləyən tonik
Duz, dərin məsamələri təmizləmə və yağ istehsalını tənzimləmə təsiri sayısində sızanağa yol açan bakteriyaların dərimizdə yığılmasına əngəl olur.