Süpürgəçi qadının ölüm səbəbi açıqlandı

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb. DİN-dən verilən məlumata görə, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb. DİN-dən verilən məlumata görə, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, "KamAZ" markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Qeyd edək ki, C.Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.  Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31